Mayın 8-də doğma yurduna yola salınan köç karvanı Ağdam şəhərinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 156 nəfərdən ibarət 41 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.