azturkxeber.az
http://azturkxeber.az

İlk 4 ayda dövlət və icmal büdcələr üzrə gəlirlər proqnozu üstələyib

07-05-2026

2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376,6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Bu barədə Azturkxeber.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13 564,0 milyon manat təşkil edib ki, bu da proqnozu 99,0 milyon manat və ya 0.7 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 862,5 milyon manat təşkil edərək proqnozdan 129,0 milyon manat və ya 1.9 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 032,7 milyon manat təşkil edərək proqnozdan 6,7 milyon manat və ya 0.3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5 milyon manat təşkil edərək proqnozdan 2,4 milyon manat və ya 14.8 faiz, sair daxilolmalar 141,2 milyon manat təşkil edərək proqnozdan 38,3 milyon manat və ya 37.3 faiz çox, Dövlət Neft Fondundan transfert isə 4 280,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 229,1 milyon manat təşkil edərək proqnoza qarşı 74.7 faiz icra olunub.

Yanvar-aprel ayları ərzində dövlət büdcəsinin xərcləri 10 933,4 milyon manat proqnoza qarşı 10 531,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.3 faiz təşkil edir.

2026-cı ilin yanvar-aprel ayları ərzində icmal büdcənin gəlirləri 16 002,0 milyon manat, xərcləri isə 12 043,4 milyon manat məbləğində icra edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031