azturkxeber.az
http://azturkxeber.az

Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

05-05-2026

4-26 may tarixində Beyləqanda, Şəmkirdə, Biləsuvarda, İsmayıllıda, Zaqatalada və Xudatda, 4-15 may tarixində Xızıda, 4-21 may tarixində Ağdamda, 19-26 may tarixində Xırdalanda və 25-26 may tarixində Zəngilanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Azturkxeber.az-ın məlumatına görə, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Xızı, Beyləqan və Zəngilanda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031