azturkxeber.az
http://azturkxeber.az

Martda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

02-03-2026

2-18 mart tarixində Oğuzda, Hacıqabulda, Ağstafada, Siyəzəndə, Astarada, Zərdabda, Göyçayda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Azturkxeber.az xəbər verir ki, bu barədə 'ASAN xidmət'in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031