Aprel ayında Bakı Metropoliteni tərəfindən 20 milyondan çox səfər həyata keçirilib





2026-cı ilin aprel ayında Bakı metrosu ümumilikdə 20 510 029 sərnişinə xidmət göstərib.
Azturkxeber.az-ın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,11% artım deməkdir.
Ayın ən çox istifadə olunan stansiyası Koroğlu stansiyası olub. Aprel ərzində stansiyadan 1 824 773 sərnişin istifadə edib.
Statistikaya əsasən, 2026-cı ilin ilk dörd ayı üzrə ən yüksək sərnişin axını qeydə alınan günlərin ikisi məhz aprel ayına təsadüf edib:
3 aprel – 819 536 sərnişin
18 fevral – 818 376 sərnişin
2 aprel – 802 283 sərnişin
Elektron ödənişlər sahəsində də artım müşahidə olunur. NFC texnologiyası vasitəsilə ödəniş edən sərnişinlərin sayı 8 057 376 nəfər olub ki, bu da ümumi ödənişli sərnişinlərin 40,3%-ni təşkil edir.
Bununla yanaşı, “Əlçatan metro” xidmətindən istifadə də artıb. Aprel ayında bu xidmət üzrə 236 sifariş qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,6% çoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: