azturkxeber.az
http://azturkxeber.az

“ABAD” və Mərakeşin “Sənətkarlar Evi” arasında əməkdaşlıq imkanları müzakirə olunub

04-05-2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Mərakeş Krallığının Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sənətkarlar Evi” (“Maison de l’Artisan”) qurumunun baş direktoru Tarik Sadiqlə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə qonağa Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə təqdimat edilib.

Tərəflər arasında keçirilən görüş çərçivəsində “ABAD” ilə Mərakeşin “Sənətkarlar Evi” qurumu arasında əl sənətkarlığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qonaq, həmçinin İçərişəhərdə yerləşən "ABAD" etno-butiki ilə yaxından tanış olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031