azturkxeber.az
http://azturkxeber.az

La Liqada ardıcıl 10-cu qələbəsini qazanan “Barselona” çempionluğun bir addımlığında

03-05-2026

La Liqada ardıcıl 10-cu qələbəsini qazanan “Barselona” çempionluğun bir addımlığında

“Barselona” İspaniya La Liqasının XXXIV turunda səfərdə “Osasuna”nın qonağı olub.

Azturkxeber.az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda bütün qollar 2-ci hissədə vurulub. Qonaqların heyətində Robert Levandovski və Ferran Torres, meydan sahiblərindən isə Raul Qarsiya fərqlənib.

La Liqada ardıcıl 10-cu qələbəsini qazanan “Barselona” hazırda 88 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 74 xalla 2-ci sırada yer alan “Real Madrid” bu gün “Espanyol” səfərində xal itirsə, kataloniyalılar sona 4 tur qalmış çempionluğu təmin edəcək. Əks halda, bütün suallara XXXV turda keçiriləcək “Barselona” – “Real Madrid” oyununda aydınlıq gələ bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031