azturkxeber.az
http://azturkxeber.az

“Şalke” 3 ildən sonra Bundesliqaya qayıdıb

03-05-2026

“Şalke” 3 ildən sonra Bundesliqaya qayıdıb

“Şalke” klubu 3 illik fasilədən sonra Almaniyanın əsas Bundesliqasına vəsiqə qazanıb.

Azturkxeber.az xəbər verir ki, Gelzenkirxen təmsilçisi bunu 2-ci Bundesliqanın XXXII turunda evdə “Fortuna”ya 1:0 hesabı ilə qalib gəlməklə reallaşdırıb. Görüşdə yeganə qolu 15-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Kənan Karaman vurub.

Bu nəticədən sonra xallarını 67-yə çatdıran “Şalke” mövsümün başa çatmasına 2 tur qalmış həm çempionluğu, həm də Bundesliqaya vəsiqəni təmin edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031