azturkxeber.az
http://azturkxeber.az

Maliyyə Nazirliyində qanvermə aksiyası keçirilib

23-04-2026

Aprelin 23-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində könüllü qanvermə aksiyası keçirilib. Heydər Əliyev Fondunun elan etdiyi “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən aksiya hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyıb.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlığını hərtərəfli müayinə etdikdən sonra onlardan qan götürüblər.

Götürülmüş qan nümunələri laboratoriyada bir daha müayinə edildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930