azturkxeber.az
http://azturkxeber.az

Qusarda keçirilən humanitar aksiyada 100 donor könüllü qan verib

08-08-2025


Qusarda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 100 nəfər könüllü donordan qan götürülüb.

Qusar Rayon Mərkəzi xəstəxanasında təşkil edilən qanvermə aksiyası Respublika Qan Bankı və Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilib.

Xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir.

18-65 yaş arası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər.

Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031