azturkxeber.az
http://azturkxeber.az

Dövlət Xidmətində qanvermə aksiyası keçirilib

18-12-2025

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səhiyyə Nazirliyinin tabeliyində olan “Respublika Qan Bankı” ilə birgə qanvermə aksiyası təşkil edib. “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Aksiya zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti müayinə edildikdən sonra qan analizi götürülüb. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, “Talassemiyasız həyat naminə” proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb və mütəmadi olaraq ölkə üzrə könüllü qanvermə aksiyaları təşkil edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031