azturkxeber.az
http://azturkxeber.az

Zəngilanda əmək yarmarkasına 100-dən çox vakansiya çıxarılacaq

12-12-2025

Zəngilanda əmək yarmarkasına 100-dən çox vakansiya çıxarılacaq

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi növbəti əmək yarmarkasını Zəngilanın Ağalı kəndində təşkil edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 16-sı saat 11:00-da “Ağalı Hotel”də keçiriləcək yarmarkada 14 işəgötürən tərəfindən həkim, direktor müavini, mühəndis, ofisiant, sürücü, bənna və digər işlər üzrə 100-dən çox vakansiya təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə tədbirin iştirakçılarına agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031