azturkxeber.az
http://azturkxeber.az

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniyada Ulu Öndərin abidəsini ziyarət edib

12-12-2025

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Buxarest şəhərinə rəsmi səfərə gedib.

Bu barədə VK-dan məlumat verilib.

Bildirilib ki, səfərin ilk günü nümayəndə heyəti Buxarestin Tey Parkında ucaldılmış müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi böyük ehtiram və dərin hörmətlə anılıb.

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da ziyarətdə iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031