azturkxeber.az
http://azturkxeber.az

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

12-12-2025

Ümummilli Lider Heydər Əliyevin mütərəqqi dövlətçilik siyasəti Azərbaycanda əmin-amanlığın, sabit və dayanıqlı inkişafın, rifahın bünövrəsini təşkil edir. Ulu Öndərin müdrik ideyaları əsasında formalaşan iqtisadi inkişaf strategiyası ölkəmizin davamlı yüksəlişini və dayanıqlı artımı təmin edir. Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazirliyin kollektivi Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub və xatirəsi ehtiramla anıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər düzülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031