azturkxeber.az
http://azturkxeber.az

Səhiyyə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

12-12-2025

Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilik ənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü qeyd olunur.

Bununla əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibbi infrastrukturun yenilənməsi, həmçinin yüksək ixtisaslı tibb kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan səhiyyəsinin müasir mərhələdə əldə etdiyi nailiyyətlər məhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin davamı olaraq həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031