azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

12-12-2025

Dekabrın 12-də Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, dahi şəxsiyyətin hakimiyyətə gəlməsi ölkəmizdə sabitlik yaratdı, xaosa son qoydu və əsaslı quruculuq mərhələsi başladı. Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin Vətən qarşısında xidmətlərindən və ölkəmizə layiqincə rəhbərlik etməsindən danışan direktor onun Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına da xüsusi diqqət və qayğısını qeyd edib.

Kərim Tahirov bildirib ki, müstəqil Azərbaycan dövləti yaşadıqca xalqımız Ulu Öndərin ideyalarına sadiq qalacaq, ona minnətdar olacaq, onun əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.

Tədbirin davamında “12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü” adlı virtual sərginin təqdimatı olub.

Daha sonra tədbir iştirakçıları “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev” mövzusunda ənənəvi sərgiyə baxış keçiriblər. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031