Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və AZƏRTAC-ın kollektivləri Ümummilli Liderin məzarını ziyarət ediblər
Dekabrın 12-də Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) rəhbər heyətləri və kollektivləri Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:









