azturkxeber.az
http://azturkxeber.az

Dövlət Agentliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

12-12-2025

Xalqımızın ictimai-siyasi, mədəni həyatında və müasir dövlət quruculuğunda müstəsna xidmətləri ilə əbədi zirvəyə ucalan Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Dövlət Agentliyindən bildirilib ki, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Azərbaycan xalqının və dövlətinin inkişafında misilsiz xidmətləri ilə tarixə düşmüş dahi şəxsiyyət Heydər Əliyev hər zaman böyük hörmət və rəğbətlə yad edilir və ediləcəkdir. Onun milli quruculuq yolundakı fəaliyyəti, xalqın maraqlarına sadiqliyi, müdrik, qətiyyətli və uzaqgörən siyasəti bugünkü və gələcək nəsillər üçün əvəzsiz örnək olaraq qalacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031