azturkxeber.az
http://azturkxeber.az

AKTİ Ümummilli Liderin anım günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib

12-12-2025

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

Bu barədə AKTİ-dən məlumat verilib.

Bildirilib ki, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələrinin, Azərbaycan Könüllülərinin iştirakı ilə Fəxri xiyabana yürüş təşkil olunub. Ulu Öndəri böyük sevgi və dərin hörmətlə yad edən Azərbaycan Könüllüləri tərəfindən əbədiyaşar liderin məzarı önünə gül çələngi qoyulub.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllüləri tarix elmləri doktoru Dilarə Seyidzadə ilə görüşüblər. Görüşdə professor Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, Ulu Öndərin azərbaycanlı olması ilə fəxr etməsi və bunu dəfələrlə dilə gətirməsi də gənclərə nümunə olmalıdır. Hər bir Azərbaycan gənci azərbaycanlı olması ilə fəxr etməli və bunun üçün hər zaman inkişafa can atmalıdır.

Azərbaycan Könüllülərinin çoxsaylı suallarını cavablandıran D. Seyidzadə gənclərin Ümummilli Lider Heydər Əliyevdən öyrənməli olduqları ən böyük dəyərlərin Vətəni hədsiz sevmək, məsuliyyətlilik və həyat yolunu doğru müəyyənləşdirmək olduğunu bildirib. Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunması və hərtərəfli inkişafı naminə əvəzolunmaz xidmətlərini diqqətə çatdıran professor Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

AKTİ-yə üzv könüllü təşkilatlarda fəaliyyət göstərən könüllülər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya zamanı könüllülərə Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında ətraflı məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031