azturkxeber.az
http://azturkxeber.az

Sinqapur aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

14-10-2025

Sinqapur aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

Oktyabrın 14-də “Singapore Airlines” aviaşirkətinə məxsus, Mançester–Sinqapur marşrutu üzrə hərəkət edən “Airbus A350” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Beynəlxalq hava limanından bildirilib ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin səhhətində qəfil yaranan problem olub.

Təyyarə yerli vaxtla saat 19:45-də Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib, onun vəziyyəti qiymətləndirildikdən sonra əlavə tibbi yardım üçün aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun ən müasir və təhlükəsiz hava nəqliyyatı mərkəzlərindən biri kimi, istənilən fövqəladə vəziyyətə yüksək hazırlıqla cavab verir və sərnişinlərin təhlükəsizliyini prioritet istiqamət kimi qoruyur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031