azturkxeber.az
http://azturkxeber.az

İki beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

23-12-2025

İki beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

“Finnair” aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Beynəlxalq havalimanından bildirilib ki, “Airbus A350” tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.

Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.

Bununla yanaşı, “Cargolux Airlines” aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

“Boeing 747” tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.

Bütün tədbirlər müəyyən edilmiş prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031