azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda yol polisi qayda pozan sürücünü saxladı: avtomobildən 1000 ədəd narkotik tərkibli həb aşkarlandı

10-10-2025

Lənkəranda yol polisi qayda pozan sürücünü saxladı: avtomobildən 1000 ədəd narkotik tərkibli həb aşkarlandı

Lənkəran şəhəri ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü, əvvəllər məhkum olunmuş 48 yaşlı Ceyhun Ağayevin narkotiklərin təsiri altında olmasına dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Müayinə zamanı sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Nəqliyyat vasitəsinə baxış zamanı isə avtomobildən əlavə olaraq 1000 ədəd psixotrop tərkibli metadon həbi, tiryək və marixuana aşkarlanıb. Araşdırma zamanı C.Ağayevin əldə etdiyi narkotiklərin satışını təşkil etmək üçün Lənkəran şəhərinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, C.Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031