İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi elan edilir
Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” üzrə qrant müsabiqəsi elan edir.
Nazirlikdən bildirilib ki, qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.
Müsabiqəyə təqdim olunacaq layihə təklifləri oktyabrın 27-dək musabige@edu.gov.az elektron poçtu vasitəsilə qəbul ediləcək.