azturkxeber.az
http://azturkxeber.az

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda olublar - VİDEO

23-09-2025

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Heydər Əliyev adına Hərbi İnstituta tanışlıq səfəri təşkil edilib.

Hərbi attaşelər əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi təhsil ocağının ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdiriblər. Sonra hərbi institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub.

17 dövləti təmsil edən hərbi attaşelik aparatının nümayəndələri hərbi institutda şəxsi heyət üçün yaradılan şərait və tədris prosesi ilə tanış olublar.

Qonaqlara Heydər Əliyev adına Hərbi İnstitutun fəaliyyəti barədə brifinq təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelər, həmçinin hərbi təhsil ocağında yerləşən Heydər Əliyev Muzeyinə gələrək Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930