azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın çimərlik voleybolu üzrə yığmaları Ermənistan və Gürcüstanı məğlub edib

28-06-2025

Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Azərbaycanın qızlardan və oğlanlardan ibarət komandaları uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıblar.

Voleybol Federasiyasından verilən məlumata görə, bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü Ermənistan komandasına 2:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqəni təmin edib.

İlkin mərhələdə Gürcüstan təmsilçilərini 2:1 hesabı ilə məğlub edən Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib. Sabah baş tutacaq 1/4 final oyunlarında voleybolçularımız ev sahibləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, yarışa iyunun 29-da yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30