azturkxeber.az
http://azturkxeber.az

Çimərlik voleybolu üzrə Azərbaycan millisi EEVZA-da 5-ci yeri tutub

03-07-2025

Çimərlik voleybolu üzrə Azərbaycan millisi EEVZA-da 5-ci yeri tutub

Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) 18 yaşadək qız və oğlanlar arasında çempionatına yekun vurulub.

Voleybol Federasiyasından verilən məlumata görə, Latviyanın Cesis şəhərində təşkil olunan yarışda ev sahibi yığma ilə yanaşı, Azərbaycan, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna komandaları da mübarizə aparıb.

Yarışda ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub. Qızlarımız qrup mərhələsində mübarizəni dayandırıb. Oğlanlardan ibarət millimiz (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) yarışı 5-ci pillədə başa vurub. Komandamız qrup mərhələsində Latviya və Estiniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031