azturkxeber.az
http://azturkxeber.az

UFC: Məhəmməd Nayimov Bakıda rəqibini məğlub edib

22-06-2025

Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.

Bakı Kristal Zalında təşkil olunan turnirin yedinci görüşündə yarım yüngül çəkidə mübarizə aparan Məhəmməd Nayimov (Tacikistan) ilə Boqdan Qrad (Avstriya) üz-üzə gəliblər.

Görüş Məhəmməd Nayimovun qələbəsi ilə başa çatıb.

Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. İkinci ən vacib döyüş Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30