azturkxeber.az
http://azturkxeber.az

Cənubi Koreyadan olan daha bir idmançı UFC-də qələbə əldə edib

22-06-2025


Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.

Bakı Kristal Zalında təşkil olunan turnirin altıncı görüşündə yarım orta çəkidə Sok Hyön Ko (Cənubi Koreya) ilə Oban Elliott (Uels) qarşılaşıblar.

Üç raundun sonunda Cənubi Koreyadan olan idmançı görüşü öz xeyrinə başa vurub.

Qeyd edək ki, gecənin əsas döyüşləri yaxın saatlarda start götürəcək. Əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Gecənin ikinci ən vacib döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30