azturkxeber.az
http://azturkxeber.az

“Sehrbazlar dərəsi” tamaşasının premyerası olub

16-02-2025

Fevralın 15-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skomoroxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Əməkdar artist Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada Elnur Qədirov (Karvanbaşı), Elçin Əfəndi (Səyyah Sehrbaz), Əməkdar artist Rövşən Kərimduxt (Cəllad Məmmədqulu), aktrisa İlahə Həsənova (Pərnisə), Əməkdar artist Mətanət Atakişiyeva (Qarı), Xalq artisti Əli Nur (Seyid Sarı), Xalq artisti Kazım Abdullayev (İbrahim Ağa), Əməkdar artist Kazım Həsənquliyev (Ağ dərviş) çıxış ediblər.

Mistik əhvalatların baş verdiyi səhnə əsəri paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciə ilə bitən sirli görüşündən bəhs edir.

Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır.

İnsan həqiqəti öyrənməyi çox arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər.

Tamaşanın növbəti nümayişi fevralın 16-27-də olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728