azturkxeber.az
http://azturkxeber.az

Akademik Musiqili Teatrda Cənnət Səlimovanın 85 illik yubileyi qeyd olunub

01-02-2025

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) komediyasının budəfəki nümayişi görkəmli rejissor, Xalq artisti Cənnət Səlimovanın 85 illik yubileyi münasibətilə oynanılıb. 
Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında söz açaraq teatr rəhbərliyi və kollektiv adından yubilyarı təbrik edib.  
Əməkdar artist Əkbər Əlizadə də müəllimi – novator rejissor Cənnət Səlimovanın teatr sahəsindəki səmərəli fəaliyyəti, aktyor-rejissor məktəbinin formalaşmasında əvəzsiz rolundan danışaraq rəğbətini xoş sözlərlə çatdırıb. 
 Quruluş verdiyi səhnə əsərinin 103-cü nümayişində (1998-ci ildən bəri) teatr kollektivi və tamaşaçılarla görüşdən məmnun olduğunu bildirən Cənnət Səlimova ona göstərilən diqqət və qayğıya görə teatrın rəhbərliyinə və yaradıcı heyətə təşəkkürünü bildirib. 
Mədəniyyət və incəsənət xadimlərinin və bir sıra qonaqların iştirak etdikləri tamaşada yubilyara teatrın diplomu və gül-çiçək dəstələri verilib. 
Qeyd edək ki, quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, rejissor assistenti Elməddin Dadaşov olan bu tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Əzizağa Əzizov, Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Türkel Tariqpeyma, Təranə Əliyeva, Elməddin Dadaşov, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728