azturkxeber.az
http://azturkxeber.az

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

14-02-2025

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib


İtaliyada hökm sürən əlverişsiz hava şəraiti Toskana regionunda və Elba adasında fəsadlara səbəb olub.

Aramsız leysan yağış Livorno və Qrosseto əyalətlərində daşqına səbəb olub. Bəzi ərazilərə 110 millimetr yağıntı düşüb. Evləri su basıb, yollar və küçələr su altında qalıb. Torpaq sürüşmələri səbəbindən bəzi magistral yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Fırtına və leysan yağış Elba adasında daşqına səbəb olub. Günün ikinci yarısından sonra adaya 56 millimetrdən çox yağıntı düşüb. Evlərini su basan və avtomobillərdə köməksiz qalan onlarla insan mülki müdafiə qüvvələri tərəfindən xilas edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728