ABŞ-nın cənubunda baş verən fırtına səbəbindən 3 mindən çox reys təxirə salınıb. Atlanta Beynəlxalq Hava Limanında beş uçuş-enmə zolağının 2 saat müddətinə bağlandığı bildirilib.
“Delta Hava Yolları”ndan verilən açıqlamada qışı gözlədiklərindən daha sərt keçirdikləri və fırtına səbəbiylə Atlanta Beynəlxalq Hava Limanında 5 uçuş-enmə zolağının 2 saatlıq bağlandığı bildirilib.
Açıqlamada cümə günü fırtına səbəbiylə 1100 uçuşu ləğv etdikləri vurğulanıb.
Həftənin əvvəlindən təsirli olmağa başlayan fırtına 5 nəfərin ölümünə səbəb olub.
Ölkənin mərkəzi və şərq bölgələrinə təsir edən fırtına ilə yanaşı, bəzi yerlərdə havanın temperaturu -18 dərəcəyə enib, on minlərlə insan işıqsız qalıb.