“Bu il Sudanda 5 yaşa qədər təxminən 3,2 milyon uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi proqnozlaşdırılır”.
azturkxeber.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 5 milyon uşaq hərbi əməliyyatlar səbəbindən evsiz qalıb: “Uşaqların əksəriyyəti evlərini yalnız paltarla tərk edir. Onlar anaları ilə birlikdə təhlükəsizlik, qida və sığınacağın olduğu düşərgəyə çatmaq üçün çox vaxt günlərlə, bəzən 20 günə qədər piyada yol gedirlər”.