Qazaxıstanda avtomobil keçid məntəqələrinin tammiqyaslı modernləşdirilməsi davam edir.
azturkxeber.az Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, yenilənmə Çin, Özbəkistan və Türkmənistanla sərhəddə ümumilikdə 9 buraxılış məntəqəsinə təsir göstərib.
Nəzərdə tutulan işlər çərçivəsində buraxılış qabiliyyətinin sutkada 6 dəfəyə qədər, orta hesabla 170-dən 960-a çatdırılması, habelə sərhədi keçmə vaxtının 30 dəqiqəyə qədər azaldılması gözlənilir.