azturkxeber.az
http://azturkxeber.az

"Qızıl viza" İspaniyada başa çatır

10-01-2025 Baxılıb: 0

IMG

İspaniya 2013-cü ildən tətbiq etdiyi və Avropa İttifaqından  kənar ölkələrin vətəndaşlarına sərmayə yatırdıqları və ya ev aldıqları təqdirdə yaşayış icazəsi verən “qızıl viza”ya aprel ayında son qoyacaq.

Senat və Məclis tərəfindən keçən noyabrda qəbul edilən və 3 yanvarda qəsmi qəzetdə dərc olunan qanuna görə, “qızıl viza” müraciəti aprelin 3-də başa çatır. İqtisadi böhran səbəbiylə 2013-cü ildə dövrün sağçı hökumətinin qərarı ilə qüvvəyə minən praktika ilə 500 min avrodan çox dəyərində ev alan və ya 1 milyondan çox sərmayə yatıran AB üzvü olmayan ölkələrin vətəndaşlarına “qızıl viza” verilib. Statistikaya görə, indiyədək İspaniyada “qızıl viza”dan təxminən 15300 xarici investor yararlanıb. Tətbiqdən yararlananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirib. Bundan faydalanan xarici vətəndaşların siyahısına baxıldığında ilk 5-likdə Çin, Rusiya, İran, ABŞ və Venesuela yer alıb. Bu arada qanun qüvvəyə minməmişdən əvvəl müraciət edənlərin də “qızıl viza”dan yararlana biləcəkləri bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031