Los-Ancelesdə evləri yanğın nəticəsində zədələnən bəzi Hollivud məşhurları davam edən yanğınlarla mübarizə apara bilmədiklərinə görə əyalət və şəhər rəhbərliyini tənqid ediblər.
Şəhərin dəbdəbəli Pacific Palisades bölgəsində davam edən yanğınlarda evləri zədələnən bəzi Hollivud məşhurları Los-Ancelesin Demokratik meri Karen Bassa reaksiya verib.
Aktrisa Sarah Mişel Gellar sosial media hesabından verdiyi açıqlamada on minlərlə insanın qaçmağa çalışdığı yanğınlarla bağlı bunları deyib: “Los Anceleslilər, hamının şəhərdən çıxarılmasını istəyirsiniz, amma yollar tamamilə bağlanıb. hətta kömək edəcək yol polisi də yoxdur.”
Məşhur aktrisa Sara Foster də Los-Ancelesdə həddindən artıq yüksək vergi ödədiklərini, lakin ştatın belə böyük meşə yanğınlarının öhdəsindən gələ bilmədiyini və tamamilə hazırlıqsız olduğunu bildirib.
Daha əvvəl Los-Anceles bələdiyyə sədrliyinə namizəd olmuş milyarder Rick Caruso da bölgənin yanğınların qarşısının alınması və onlara reaksiya verməsində ciddi problemlər olduğunu ifadə edərək, "Yanğın hidrantlarından su yoxdur. Bu, yanğınsöndürənlərimizin səhv idarəçiliyi deyil. Şəhərin yanlış idarə olunması buranı 3-cü dünya ölkəsi halına gətirib."-deyə fikirlərini açıqlayıb.