Braziliyanın San-Paulu əyalətinin Ubatuba şəhərində kiçik təyyarənin Kruzeyro çimərliyində qəzaya uğraması nəticəsində pilot ölüb, 5 nəfər yaralanıb.
Ubatuba bələdiyyəsindən verilən açıqlamaya görə, şəhərin Kruzeyro çimərliyində kiçik bir təyyarə qəzaya uğrayıb.İkisi uşaq olmaqla 4 sərnişinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.
Təyyarədə olan 4 sərnişin və qəza zamanı çimərlikdə olan bir qadın xəsarət alıb.