Meksika Müdafiə Nazirliyinin iki nəqliyyat təyyarəsi Kaliforniyada meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün 30 meksikalı xilasedicini Los-Anceles Beynəlxalq Hava Limanına çatdırıb.
azturkxeber.az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Meksika Müdafiə Nazirliyinə məxsus iki təyyarə “Hercules” və “Sparta” yerli vaxtla saat 13:45-də Los-Anceles beynəlxalq hava limanına çatıb.
Bundan əvvəl Meksikanın Milli Meşə Təsərrüfatı Komissiyasının “X” səhifəsində 30 meksikalı xilasedicinin meşə yanğınları ilə mübarizə aparmaq üçün Kaliforniyaya göndərildiyini bildirib.