"Qadınların seçkilərdə fəallığının yüksəldilməsi”mövzusunda növbəti tədbir keçirilib
09 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı ilə, Qusar Qadın Resurs Mərkəzinin iştirakı ilə “Qadınların seçkilərdə fəallığının yüksəldilməsi”mövzusunda növbəti tədbir keçirilib.
AzTurkxeber.az-ın məlumatına görə, “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Təranə Kərimova tədbiri giriş nitqi ilə açaraq, müasir dövrdə gender bərabərliyinin bütün sahələrdə olduğu kimi dövlət idarəetməsi və siyasi sferada da qorunmasının aktual olduğunu, Azərbaycan qadınlarının ölkəmiqyaslı tədbirlərdə daim aktivlik nümayiş etdirməsinin sevindirici hal olduğunu qeyd edib.
Daha sonra Qusar Dairə Seçki Komissiyasının sədri Cəlil İbrahimov seçki prosesində qadınların fəallığının nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayıb. Qusar rayon Mərkəzi Xəstəxanasının həkimi Xuraman Əliyeva, şəhər 2 saylı tam orta məktəbin müəllimi Rima Cavadova da çıxış edərək, Qusar qadınlarının rayon üzrə fəallığından danışıblar.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.
Tədbirdə 105 qadın iştirak edib.