Sabirabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi
Sabirabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.
AzTurkxeber.az xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Sonuncu tədbir nəticəsində rayon sakinlərindən 1-i yivli olmaqla 15 ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.