azturkxeber.az
http://azturkxeber.az

"Ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti, o cümlədən çoxsaylı qanlı cinayətlər həyata keçirib"-VÜQAR İSKƏNDƏROV 

11-01-2025 Baxılıb: 2

 

Deputat: Azad edilmiş torpaqlarımızda qazıntılar Ermənistanın xalqımıza qarşı soyqırımı törətdiyini bir daha üzə çıxarır.

Ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti, o cümlədən çoxsaylı qanlı cinayətlər həyata keçirib.

AzTurkxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ ermənilərin müasir dövrdə törətdiyi cinayətlərdir: “İşğaldan azad edilmiş torpaqlarımızda aparılan qazıntı işləri bir daha onu göstərir ki, 90-cı illərin əvvəllərində mənfur düşmənlərimiz demək olar ki, hər rayonda vəhşiliklər törətməklə kütləvi qırğına yol veriblər. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilib, qarşı etnik təmizləmə siyasəti aparılıb”.

Deputat qeyd edib ki, Ermənistan tərəfi 2020-ci il müharibəsi zamanı da öz “ənənəsinə” sadiq qaldı: “Döyüş meydanında ordumuz qarşısında tab gətirməyən düşmən bunun əvəzində vicdansızcasına mülki əhalini hədəf götürürdü. Həmin vaxt cəbhə xəttində yerləşməyən şəhər və rayonların raket atəşinə məruz qalması düşmənin iç üzünü bir daha nümayiş etdirdi. Bundan başqa, düşmən tərəf silahları əhali yaşayan yerlərdə quraşdıraraq atəş açır, öz mülki insanlarından qalxan kimi istifadə edirdi”.

Vüqar İskəndərov əlavə edib ki, bu gün son 30 illik tarixə nəzər salanda o tarixin demək olar ki, hər bir səhifəsində ermənilərin, Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı çoxsaylı cinayətlərinə rast gəlirik: “Bu da danılmaz bir həqiqətdir ki, heç bir cinayət cəzası qalmır. Cinayətkarlar gec ya tez əməllərinə görə cavab verməli olurlar. Eləcə də erməni cinayətkarların da cinayət əməllərinə görə cavab verməsi üçün artıq onların məhkəmə qarşısına çıxarılması reallaşacaq. Bununla belə, xalqımıza qarşı cinayətlərin törədilməsinə əmr verən cinayətkarların bir qismi hələ də azadlıqdadır, Ermənistanda rahat gəzib dolaşırlar. Ancaq hər kəs bilsin ki, onlar da bu gün dəmir barmaqlılar arasında olan digər cinayətkarlar kimi öz cəzalarını alacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031