Yanğınlarla mübarizə aparan Los-Ancelesdə polis evakuasiya zonalarında artan talanlara qarşı əməliyyatları gücləndirib. Son iki gündə 7 nəfər saxlanılıb. Soyğunçuluq hadisələri ilə bağlı açıqlama verən polis yanğınsöndürən qiyafəsində evlərə girib çıxan iki nəfərin tutulduğunu açıqlayıb.
“CNN İnternational”da yer alan xəbərə görə, Los Anceles Polis İdarəsinin əməkdaşı Mike Lorenz qarət probleminə toxunaraq, saxlanılanların sayının artdığını söyləyərək bu faktı təsdiqləyib.
Təxliyə edilən ərazilərdə bəzi ev sahiblərinin yanmış olsa da, evlərini qorumaq üçün xüsusi mühafizəçilər tutduqlarını ifadə edən Lorenz bu şəxslərin polis tərəfindən diqqətlə araşdırıldığını və nəzarətdə saxlanıldığını deyib.
Altadena bölgəsindəki İton yanğını səbəbiylə boşaldılan ərazidə yolun kənarına "Talançılara icazə verilmir" yazısı qoyulub.
Meşə yanğınları ilə əlaqədar bütün məcburi evakuasiya sahələrini əhatə edən komendant saatı qərarı verilib. Qanuna görə, bu qadağanı pozanlar həbs oluna bilər.