azturkxeber.az
http://azturkxeber.az

Gənc kursantların andiçmə mərasimi keçirilmişdir

10-10-2026

Oktyabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında gənc kursantların andiçmə mərasimi kеçirilmişdir.

Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Mərasimdə Döyüş Bayrağı sıra meydanına gətirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilmişdir.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsinə, müdafiə qüdrətinin artırılmasına və dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasına xidmət etdiyini vurğulamışlar.

Dövlət Sərhəd Xidmətinin Akademiyasında yaradılmış müasir tədris şəraitinin, zəngin maddi-texniki bazanın və peşəkar hərbi-pedaqoji heyətin gələcək zabitlərin yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsində mühüm rol oynadığı diqqətə çatdırılmışdır.

Gənc kursantlara hərbi təhsilin ilk günlərindən nizam-intizama, məsuliyyətə, bilik və bacarıqların davamlı artırılmasına xüsusi önəm verməyin vacibliyi xatırladılmış, onların gələcəkdə dövlət sərhədlərimizin mühafizəsi kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunmuşdur.

Vurğulanmışdır ki, hərbi and Vətənə sədaqətin, dövlətçilik prinsiplərinə bağlılığın və xalq qarşısında mənəvi məsuliyyətin ən ali ifadələrindən biridir. Bu müqəddəs anda sadiq qalmaq, sərhədçi şərəfini daim uca tutmaq, peşəkarlıq və şəxsi nümunə göstərmək hər bir hərbi qulluqçunun əsas vəzifələrindəndir.

Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılmışdır.

Gənc kursantların adından çıxış edən kursant şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, üçrəngli Zəfər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında dövlət maraqlarını ən yüksək səviyyədə qoruyacaqlarına söz vermişdir.

Tədbir başa çatdıqdan sonra xatirə fotoşəkli çəkdirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031