Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb


2026-cı ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub. Bu, proqnoz göstəricisindən 913,4 milyon manat çoxdur.
Azturkxeber.az-ın məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə 10 milyard 332,6 milyon manat təşkil edib. Bu sektordan büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.
2026-cı ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat olub. Bu göstərici üzrə proqnozdan əlavə 267,2 milyon manat vəsait ödənilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 401,6 milyon manatdan çox təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatdan çox olub. Proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 139,5 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 758,8 milyon manata yaxın olub. Bu istiqamətdə proqnozdan əlavə 18 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 507 milyon manata yaxın təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: