İçərişəhərdə yeni AZ1005 poçt şöbəsi fəaliyyətə başlayıb






Bakının tarixi İçərişəhər ərazisində yeni AZ1005 poçt şöbəsi fəaliyyətə başlayıb.
Azturkxeber.az-ın məlumatına görə, şöbənin açılış mərasimində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki, Filateliyanın İnkişafı və Sənədli İrs Proqramının rəhbəri Benjamin Combes, “Azərpoçt”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və digər rəsmi qonaqlar iştirak ediblər.
Yeni poçt şöbəsinin yaradılmasında əsas məqsəd Bakının qədim və turistlərin ən çox ziyarət etdiyi məkanlarından biri olan İçərişəhərdə sakinlərə və şəhərin qonaqlarına poçt xidmətlərini müasir və fərqli formatda təqdim etməkdir.
AZ1005 poçt şöbəsində universal poçt xidmətləri ilə yanaşı, e-kommersiya xidmətləri də göstəriləcək. Həmçinin şöbədə müxtəlif filateliya məhsullarının satışı həyata keçiriləcək.
Yeni şöbənin fəaliyyətə başlaması İçərişəhərdə həm sakinlər, həm də yerli və xarici turistlər üçün poçt xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: