“e-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

2026-cı ilin 9 ayında dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “e-rüsum” altsistemi üzrə mühüm nəticələr əldə olunub.
Hesabat dövrünün nəticələrinə əsasən, “e-rüsum” informasiya sistemi üzrə 125 245 elektron bildiriş və 115 370 elektron qəbz formalaşdırılıb. Sistem üzərindən ödənilmiş dövlət rüsumlarının məbləği 52,662 milyon manat təşkil edib.
Qeyd edək ki, “e-rüsum” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) altsistemlərindən biridir. Bu altsistem “e-bildiriş”lərin təqdim edilməsini, hesablanmış dövlət rüsumları haqqında məlumatların real vaxt rejimində əldə olunmasını, artıq və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin elektron qaydada idarə olunmasını, həmçinin dövlət rüsumlarının büdcəyə köçürülməsinə elektron nəzarətin və uçotun aparılmasını təmin edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: