azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın Ombudsman təsisatı İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinin üzvü seçilib

30-09-2026

Syerra-Leonenin Fritaun şəhərində “Rəqəmsal dövrdə informasiya dəqiqliyinin müdafiəsi: Dezinformasiya ilə mübarizədə informasiyaya əlçatanlığın rolu” mövzusunda İnformasiya Komissarlarının XVIl Beynəlxalq Konfransı (ICIC XVII) keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, tədbir çərçivəsində 2026–2029-cu illər üçün İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinin yeni tərkibi təsdiqlənib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı təşkilatın İcraiyyə Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, Azərbaycanın Ombudsman təsisatı 2023-cü ildən İnformasiya Komissarlarının Beynəlxalq Konfransının tamhüquqlu üzvüdür.

Azərbaycan Ombudsmanı qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmə və monitorinqlərin aparılması, təhlillərin aparılması istiqamətlərində geniş fəaliyyət həyata keçirməkdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930