azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan “INNOPROM.Belarus” sərgisində iştirak edir

30-09-2026

Azərbaycan məhsulları Minsk şəhərində keçirilən "INNOPROM.Belarus” beynəlxalq sənaye sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Azturkxeber.az xəbər verir ki, Minsk şəhərində “INNOPROM.Belarus” beynəlxalq sənaye sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 8 şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur.

Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, boyalar, su filtrləri, tikinti kimyəviləri və digər məhsullar nümayiş olunur. Sərgi ziyarətçilərinə Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir. Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivləri ətrafında danışıqlar aparılır.

Sərgi oktyabrın 2-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930