azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda Azərbaycan məhsulları “Made in Azerbaijan” stendində nümayiş olunur

05-09-2025

Qazaxıstanın Almatı şəhərində “KazBuild 2025” – 31-ci Qazaxıstan Beynəlxalq Tikinti və İnteryer Sərgisi keçirilir.

AZPROMO-dan bildirilib ki, üç gün davam edən sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 8 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, boyalar, su filtrləri, tikinti kimyəviləri və digər məhsullar nümayiş olunur. Sərgi ziyarətçilərinə Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir. Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivləri ətrafında danışıqlar aparılır.

Qeyd edək ki, “Made in Azerbaijan” stendi sərginin təşkilatçıları tərəfindən “Ən yaxşı kollektiv ekspozisiya” nominasiyası üzrə qalib elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930