azturkxeber.az
http://azturkxeber.az

Binəqədi rayonu, Dalğa küçəsində svetoforun vaxt planı dəyişdirildi

29-09-2026

Hərəkət iştirakçılarının intensivliyi və nəqliyyat axınının mövcud vəziyyəti nəzərə alınaraq Binəqədi rayonu, Dalğa küçəsindən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə svetoforların vaxt planında müvafiq dəyişiklik edilib. Bu məqsədlə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları sözügedən yolda təhlillər aparıblar.

Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Təhlillər zamanı svetoforların vaxt planı dəyişdirilərək faza müddəti 7 saniyə artırılıb. Nəticədə günün pik saatlarında Dalğa küçəsində yaranan nəqliyyat sıxlığının uzunluğu 285 metrdən 180 metrə qədər (təxminən 37 faiz) azalıb.

Qeyd edək ki, Mərkəz tərəfindən paytaxt yollarında nəqliyyat axınının vəziyyəti mütəmadi olaraq təhlil edilir və zərurət yarandıqda svetoforların iş rejimlərinin optimallaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930